Avropa İttifaqı Rusiyanın “Sputnik V” peyvəndinin qeydiyyatı ilə bağlı müraciətini qəbul edib

09 Fevral 2021 - 12:20

Avropa İttifaqı (Aİ) koronavirusa qarşı “Sputnik V” peyvəndinin qeydiyyatı ilə bağlı Rusiyanın müraciətini qəbul edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu məlumat yayıb.

Bildirilib ki, “Sputnik V” peyvəndinin Aİ-də qeydiyyata alınması üçün yanvar ayında Avropa Dərmanlar Agentliyinə rəsmi müraciət göndərilib və artıq bu müraciət Agentlik tərəfindən təsdiqlənib.

Avropa Dərmanlar Agentliyi Rusiya istehsalı olan peyvəndin müvafiq şərtlərə cavab verib-verməyəcəyini müəyyənləşdirdikdən sonra onun Aİ-də istifadəsi məsələsinə qərar verəcək.