Avropa İttifaqı Rusiyaya qarşı açıqlanacaq 13-cü sanksiya paketində Moskvaya qarşı sanksiyalardan yayınan ölkələrin şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.
Azpost.info bildirir ki, bunu Aİ-nin xarici siyasət üzrə xüsusi nümayəndəsi Borrell Varşavada keçirdiyi mətbuat konfransında deyib.
“Sanksiyalar bir çox insan və qurumlara, eləcə də sanksiyalarımızdan yan keçən müxtəlif ölkələrin şirkətlərinə təsir edəcək”, – deyə o bildirib.
Onun sözlərinə görə, fevralın 24-də, Rusiyanın Ukraynada hərbi əməliyyatına başlamasının ikinci ildönümünə qədər yeni tədbirlərin təsdiqlənməsi məqsədi ilə yeni sanksiyalar paketi üzərində iş davam edir.