Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri başa çatıb

İyulun 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.

Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa İttifaqı Şurasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər yola salıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İnformasiya Agentliyinin direktor müavini həbs edilib

Sonrakı məqalə

İranda 5,7 bal gücündə zəlzələ olub