Avropa İttifaqı təcili iclas çağırıb –“Brexit”dən sonra büdcədə boşluq yaranıb

 Fevralın 20-də Brüsseldə təcili sammit keçiriləcək.

Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları 2021-ci ildən 2027-ci ilədək olan dövrü əhatə edən büdcə planını razılaşdıracaqlar.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Sammit yanvar ayının sonunda Avropa Şurasının prezidenti Çarlz Mişel tərəfindən çağırılıb. Əsas problem ondan ibarətdir ki, İngiltərənin Aİ-dan çıxmasından büdcədə “boşluq” yaranıb. İştirakçıların proqnozları optimistik deyil. Belə ki, Çexiyanın sədr müavini Andrey Babiş ölkələrin ortaq razılığa gələ bilməyəcəyini düşünür – təklif olunan büdcə layihəsinə ayrı-ayrı ölkələrin fikirləri arasındakı fərq çox böyükdür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Vətəndaşlar niyə yararsız avtomobillər alır? –