Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub

User 16 Noyabr 2025 - 19:45 (Last updated: 16 Noyabr 2025 - 19:17)
budce

Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti Aİ-nin 2026-cı il üçün büdcəsi barədə razılığa gəlib.

AZƏRTAC Aİ Şurasına istinadla xəbər verir ki, layihədə 2026-cı il üçün ümumi öhdəliklərin həcmi 192,8 milyard avro, ödənişlərin həcmi isə 190,1 milyard avro məbləğində müəyyən edilib. Bununla yanaşı, 2021-2027-ci illər üzrə çoxillik maliyyə çərçivəsinin xərclər tavanı daxilində 715,7 milyon avro bu il üçün ehtiyat olaraq saxlanılıb. Bu vəsait Aİ-yə əlavə və gözlənilməz tələblərə operativ cavab vermək imkanı yaratmaq məqsədi daşıyır.

Büdcə Aİ prioritetlərinin icrasına, mövcud çağırışlarla mübarizəyə, rəqabət qabiliyyətinin artırılmasına, Avropanın müdafiə hazırlığının gücləndirilməsinə, humanitar yardımın dəstəklənməsinə və miqrasiya təzyiqlərinin qarşılanmasına yönəldiləcək. Büdcə, həmçinin gözlənilməz ehtiyaclardan və böhranlardan irəli gələn vəziyyətlərə çevik və effektiv reaksiya vermək imkanı yaradır.

Bu, Aİ-nin 2021-2027-ci illər üçün nəzərdə tutulan çoxillik maliyyə çərçivəsində qəbul edilən altıncı illik büdcədir. Sənəd, eyni zamanda, COVID-19 pandemiyasından sonra bərpa tədbirlərini dəstəkləyən “NextGenerationEU” proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərlə tamamlanır.

AzPost.az

Post navigation

Previous: Bu gün 8 oyun keçiriləcək
Next: Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.