Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyi 20 Yanvarla bağlı başsağlığı verdi

20 Yanvar 2021 - 11:57

“Bu kədərli gündə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqı ilə birgə “Qara Yanvar” faciəsinin qurbanlarını anır”.

Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin “Facebook” səhifəsində yer alıb.

Qeyd edilib ki, faciəvi hadisələr daha yaxşı gələcək üçün sülh, barışıq və humanizmin vacibliyini bir daha meydana çıxarmış olur: “Mən Yanvar hadisələrinin qurbanlarının ailələrinə və sevdiklərinə dərin hüznlə başsağlığı verirəm”.