Avropa İttifaqının dəstəyi ilə gənclər üçün layihə başlayıb

Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, UNİCEF Azərbaycan və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə  “Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” layihəsinin icrasına başlanılıb.

Layihənin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır. Layihə zamanı respublikada ilk dəfə həyata keçirilən İntern Akademiya təcrübəçiləri üçün Peşəkar və Şəxsi inkişaf təlimləri təşkil olunaraq onlarin 3 ay müddətində inkişaf yolu xəritəsi hazırlanacaq.

53 nəfər gənci əhatə edən layihə zamanı Bakı və Sumqayıtdan olan Gənclər Karyera və İnkişaf mərkəzinin könüllüləri müxtəlif social mövzulara həsr olunmuş toxum layihələr həyata keçirəcək və mentor dəstəyi alacaqlar. Layihə çərçivəsində gənclərə ART terapiya təlimləri keçirilərək onlara müharibədən zərər çəkən uşaqlarla iş metodları öyrədiləcək.

“Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində həyata keçirilən layihə Konstitusiya Araşdırmalar Fondu və “Education HUB” tərəfindən icra olunur.

Ətraflı məlumat üçün:

Gulnara İsmailova, Layihə Rəhbəri

055-2757757, [email protected]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rövşən Əkbərov mənə dedi ki, Elçini öldürüb” –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 1101 nəfər COVID-19-a yoluxub –