Avropa İttifaqının Komissarı gələn həftə Azərbaycana səfər edəcək

02 İyul 2021 - 16:27

Avropa İttifaqının (Aİ) Genişlənmə və Qonşuluq siyasəti üzrə Komissarı Oliver Varhelyi gələn həftə Azərbaycana səfər edəcək.

Oliver Varhelyi özünün “Twitter” hesabında iyulun 6-9-da Gürcüstan, Azərbaycan və Ermənistanda səfərdə olacağını bildirib.

O. Varhelyi Aİ-nin regionla bağlı İqtisadi və İnvestisiya Planını təqdim edəcək.

Komissarın Azərbaycanda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər naziri Ceyhun Bayramov və digər şəxslərlə görüşləri nəzərdə tutulur.