Avropa Komissiyası Avropa ölkələrinə səfər qaydalarını sadələşdirməyi tövsiyə edib

Avropa Komissiyası Avropa İttifaqı ərazisinə səfərlərlə bağlı qaydaların sadələşdirilməsini tövsiyə edir.

Komissiyanın təklifinə əsasən, yaxın gələcəkdə qeyri-Aİ ölkələrindən (üçüncü ölkələrdən) turizm məqsədli səfərlərin həyata keçirilməsi mümkün olmalıdır. Aİ məkanına giriş üçün əsas şərt turistin epidemioloji vəziyyətin yaxşı olduğu ölkədən səfər etməsidir.

“Reuters” agentliyinin məlumatına görə, Avropaya daxil olmaq istəyən üçüncü ölkə vətəndaşları, eyni zamanda, istifadəsinə Aİ-də icazə verilmiş peyvəndlərdən biri ilə immunitetini təsdiqləyən sənəd təqdim etməlidir. Bildirilib ki, peyvəndlərin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təqdim olunmuş vaksin siyahısı ilə də genişləndirilə bilər.

Koronavirusun yeni variantlarının “idxalı” riskini aşağı salmaq üçün komissiya “fövqəladə vəziyyət fasiləsi” adlı yeni mexanizmdən istifadəni tövsiyə edib. Həmin mexanizm Aİ üzvlərinə epidemioloji vəziyyətin ciddi şəkildə pisləşdiyi ölkələrlə səfər mübadilələrini ən qısa zamanda məhdudlaşdıra bilmək imkanı verməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elməddin Quliyev YAP-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib –

Sonrakı məqalə

Üç ayda Neft Fondunun 3 milyard manat gəliri, 2 milyard manat xərci olub –