Avropa Komissiyası Ukraynaya dəstəyi artıracaq

Ursula Fon der Lyayen
Ursula Fon der Lyayen

“Avropanın Ukraynaya davamlı dəstəyini vurğulamaq üçün Londona gedirəm ki, bu da Ukraynada ədalətli və davamlı sülhə gətirib çıxara bilər”.

AzPost xəbər verir ki, bunu Avropa Komissiyası nın prezidenti Ursula Fon der Lyayen “X” hesabında yazıb.

“Sülhə gedən yol gücdür. Zəiflik daha çox müharibəyə səbəb olur. Avropanın müdafiəsini gücləndirməklə yanaşı, Ukraynanı dəstəkləyəcəyik” , – paylaşımda deyilir.

Martın 2-də Böyük Britaniyanın baş naziri Key Starmerin təşəbbüsü ilə Londonda böyük Avropa sammiti keçirilir.

AzPost bildirir ki, Starmer və Fransa prezidenti Emmanuel Makron müvafiq olaraq 27 və 24 fevralda Trampla apardıqları danışıqların nəticələri barədə həmkarlarına məlumat verəcəklər.

Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniya, İtaliya, İspaniya, Polşa, Çexiya, Hollandiya, Danimarka, Norveç, İsveç, Finlandiya, Rumıniya və Türkiyə liderlərinin bazar günü Londona gələcəyi gözlənilir.

İclasda həmçinin NATO-nun baş katibi, Avropa Komissiyasının sədri və Avropa Şurasının sədri  iştirak edir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.