London Sammiti başlanıb

London Sammiti başlanıb

Londonda böyük Avropa Sammiti başlayıb.

AzPost bildirir ki, London Sammitində Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Baş naziri Olaf Şolts, İtaliya Baş naziri Giorgia Meloni, Ukrayna Prezidenti Volodomir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Türkiyə xarici işlər naziri Hakan Fidan, Kanada Baş naziri Castin Trüdo, İspaniya Baş naziri Pedro Sançes, Danimarka Baş naziri Mette Frederiksen, Norveç Baş naziri Yonas Qar Stere, Niderland Baş naziri Dik Sxoof, İsveçin Baş naziri Ulf Kristersson, Rumıniya Prezidentinin səlahiyyətlərini icra edən İlie Boloyan, Çexiya Baş naziri Petr Fiala, NATO Baş katibi Mark Rutte, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Polşa Baş naziri Donald Tusk iştirak edir.

Antonio Kosta sammitin məqsədinin Avropanın müdafiəsini gücləndirmək və Ukraynada davamlı sülh üçün şərait yaratmaq olduğunu bildirib.

“Avropa öz təhlükəsizliyi ilə bağlı bir anla üzləşib”.

“The Guardian“ bildirir ki, bunu London Sammitinin açılışında Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

Buna görə bura toplaşmışıq. Biz hamımız aktivləşməliyik. Müharibənin Ukrayna üçün məqbul başa çatması buradakı hər bir ölkənin və bir çox digərlərinin təhlükəsizliyi üçün həyati dərəcədə vacibdir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.