“Avropa ölkələri öz sadəlövhlüklərindən qurtulmalıdırlar, əks halda məhv ola bilərlər”.
Azpost.info “Politico”ya istinadən bildirir ki, belə xəbərdarlıqla Fransa prezidenti Emmanuel Makron Sorbonna Universitetində çıxış edib.
O qeyd edib ki, Avropa ayaqda qalmaq istəyirsə, çevik reaksiya verməlidir: “Biz başa düşməliyik ki, Avropa ölümcül hala düşüb, ölə bilər. Hər şey bizim seçimimizdən asılıdır. Bu seçimi indi etmək lazımdır”.
Makron bildirib ki, Rusiya ilə düşmənçilik, ABŞ-ın marağının itməsi və Çinlə rəqabət Avropa İttifaqını marginallaşmış bir cəmiyyətə çevirə bilər.
“Avropa İttifaqı üçün Rusiya Federasiyasından enerji aldığı, istehsalını Çinə köçürdüyü və təhlükəsizlik baxımından ABŞ-dan asılı olduğu dövr başa çatıb”, – Makron bildirib.
O, Avropa liderlərini təhlükəsizlik və iqtisadi sahədə böyük strateji qərarlara hazırlaşmağa çağırıb. Makron urğulayıb ki, Avropanın maraqları indi proteksionizmi tələb edir. (Proteksionizm -İxracı məhdudlaşdırmaqla daxili istehsalın dəstəklənməsi üçün aparılan dövlət siyasəti-red)
Bununla bağlı Makron vurğulayıb ki, Avropa ölkələri ABŞ-a möhtac olammaq üçün müstəqil müdafiə sistemi yaratmalıdırlar.