“Avropa ölkələri Rusiyanı əvəz edəcək mənbələr axtarır” –Gürcüstanın Baş naziri

“Bu gün Avropanın, eləcə də dünyanı bütövlükdə ciddi narahat edən iki problem var. Bunlardan biri Ukraynada gedən müharibədir. Biz Gürcüstan hökuməti olaraq bütün müharibələrin əleyhinəyik və sülhün tərəfdarıyıq”.

Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili söyləyib.

Onun sözlərinə görə, Avropanı narahat edən ikinci problem enerji təhlükəsizliyi məsələsidir.

“Bu gün Avropada çox kəskin enerji böhranı yaşanır. Ona görə ki, Rusiya artıq Avropaya qaz tədarükünü xeyli azaldıb və faktiki olaraq indi Avropa ölkələri Rusiyanı əvəz edəcək mənbələr axtarırlar”, – deyə Qaribaşvili vurğulayıb.

Onun sözlərinə görə, vəziyyət, əlbəttə ki, qısa müddətdə çox da asan olmayacaq. Təbii ki, Ukraynadakı müharibə bütün Avropa üçün böyük çağırışdır. İkinci Dünya müharibəsindən sonra Avropada belə bir böhran olmayıb.

Əvvəlki məqalə

“Olimpiakos” “Qarabağ”la oyun öncəsi itki ilə üzləşib

Sonrakı məqalə

Rusiya yenidən Zaporojye vilayətinə raket zərbələri endirib