“Olimpiakos” “Qarabağ”la oyun öncəsi itki ilə üzləşib

Yunanıstanın “Olimpiakos” klubu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la dördüncü tur oyunu öncəsi itki ilə üzləşib.

Yunanıstan çempionatının yeddinci turunda OFİ ilə görüşdə müdafiəçi Qonzalo Avila sıradan çıxıb.

Komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçın 38-ci dəqiqəsində zədələnərək əvəzlənən ispaniyalı sağ cinah müdafiəçisinin durumu qeyri-müəyyəndir. Bu gün keçiriləcək tibbi müayinənin ardından 24 yaşlı oyunçunun “Qarabağ”la qarşılaşmada iştirak edib-etməyəcəyi müəyyənləşəcək.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.