Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Avropa Parlamentinin qətnaməsi əsassızdır

Orkhan Ali 26 Aprel 2024 - 12:15 (Last updated: 21 May 2025 - 20:15)
xin

Bu addım, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı yerli medianın sualına cavabında bildirib.

“Bu kimi birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən avtomatik şəkildə qəbulu Avropa Parlamenti üçün çoxdan adi hala çevrilib.

Bu addım, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil.

Belə mühitdə, Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri sadəcə Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar.

Bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti həmçinin diqqəti Avropa cəmiyyətinin həqiqətən aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır.

Bundan əlavə, Azərbaycana qarşı sanksiya çağırışları yalnız Azərbaycan və Avropa ittifaqı arasında münasibətləri mürəkkəbləşdirir.

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq”, – o bildirib.

Post navigation

Previous: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir
Next: Sabah hava necə olacaq?

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
23 oktyabr tarixində Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici...
Read more about PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib
Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.