Avropa Şurası Nazirlər Komitəsinin iclası təxirə salınıb

Avropa Şurası Nazirlər Komitəsinin may ayında keçirilməsi planlaşdırılan iclası təxirə salınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Nazirlər Komitəsinin iclası noyabrda keçiriləcək.

XİN başçısı qeyd edib ki, Gürcüstan mayın 15-də Avropa Şurasına prezidentliyi Yunanıstana təhvil verəcək.

Zalkaliani vurğulayıb ki, təhvilvermə mərasimi distant şəkildə keçiriləcək.

Qeyd edək ki, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik  ötən ilin noyabrın 27-dən etibarən 6 ay müddətinə (2020-ci il mayın 15-dək) Gürcüstana keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabiq Səhiyyə naziri koronavirusdan vəfat edib

Sonrakı məqalə

DTX Mədəniyyət nazirinin müavinini saxladı