Sabiq Səhiyyə naziri koronavirusdan vəfat edib

Yunanıstanın sabiq Səhiyyə naziri Dimitris Kremastinos yeni növ koronavirusdan (COVID-19) vəfat edib. 

APA-nın “ekathimerini” saytına istinadən verdiyi xəbərə görə, sabiq nazir koronavirusdan müalicə olunduğu xəstəxanada ölüb.

Kremastinos 1993-1996-cı illərdə Andreas Papandreounun hakimiyyəti dövründə Yunanıstanın Səhiyyə naziri vəzifəsində çalışıb, Yunanıstan parlamentinin deputat olub.

Qeyd edək ki, sabiq nazir martın 26-da xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DTX Nazirlikdə əməliyyata başladı

Sonrakı məqalə

Avropa Şurası Nazirlər Komitəsinin iclası təxirə salınıb