Avropa Şurası Ukrayna üçün xüsusi iclas keçirəcək- Bu tarixdə

Avropa Şurasının martın 23-24-də Brüsseldə keçiriləcək iclasında Ukraynadakı mövcud vəziyyət əsas müzakirə mövzusu olacaq.

Azpost.info xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.

Şoltsun sözlərinə görə, Almaniya lazım olduğu qədər Kiyevə siyasi, maliyyə, hərbi və humanitar dəstək verməyə davam edəcəyik.

Kansler onu da qeyd edib ki, Almaniya hökuməti artıq qaçqınların yerləşdirilməsi və onları qida ilə təmin etmək xərclərinin əksəriyyətini öz üzərinə götürür: “Ukraynalı qaçqınlar Almaniyada sosial müavinət ala bilərlər. Bu o deməkdir ki, federal hökumət yaşayış və yemək xərclərinin böyük əksəriyyətini öz üzərinə götürür”.

2022-ci ilin fevralından Almaniyaya Ukraynadan 1 milyondan çox qaçqın gəlib.

Azpost.info

Əvvəlki məqalə

Bahar fəslini sağlam gözlərlə qarşılayın!

Sonrakı məqalə

“Ermənistanın mina terroruna göz yummayın!”