Avropa Şurasının Baş katibi Azərbaycan və Ermənistan arasında delimitasiya prosesini alqışlayıb

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin irəliləməsini təqdir edib.

Baş katib bu barədə “X” hesabında paylaşım edib.

“Mən Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan delimitasiya prosesi ilə bağlı bu yaxınlarda əldə edilmiş razılaşmanı alqışlayıram”, – Avropa Şurasının Baş katibi bildirib.

Əvvəlki məqalə

Azərbaycanlı model Nərmin Səfərova koreyalı gənclə ailə qurdu

Sonrakı məqalə

Fransa səfiri Azərbaycana qayıdıb