“Avropa üçün bunun sonu pis olacaq”- Macarıstan Aİ-ni Rusiya ilə danışıqlara çağırdı

 

“Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları dayandırmalı və Ukraynada atəşkəslə bağlı danışıqlara başlamalıdır”.

Azpost.info xəbər verir ki, bunu Macarıstan baş nazirinin baş köməkçisi Balaj Orban bildirib.

Onun fikrincə, Aİ nə qədər çox sanksiya tətbiq etsə, bir o qədər özünə ziyan vurur.

B.Orban bu məsələni iyunun 23-də keçirilən Aİ liderlərinin sammiti çərçivəsində qaldırıb. Onun sözlərinə görə, iqtisadi problemlərinə görə sonda Avropa itirən tərəf olacaq.

“Macarıstan hesab edir ki, sanksiyaların tətbiqi dayandırılmalıdır. Nə qədər çox sanksiyalar qəbul etsək, bu, bizim üçün bir o qədər pis olur. Bəs ruslar? Bəli, bu, onlara da əziyyət verir, amma sağ qalırlar. Daha da pisi odur ki, onlar Ukraynada hərəkətlərini davam etdirirlər”, – Balaj Orban “Reuters”ə bildirib.

Balaj əmindir ki, Aİ öz taktikasını dəyişməlidir: “Bizim müəyyən uğurlarımız var, amma belə davam etsə, Avropa üçün bunun sonu pis olacaq. Bir yol tapmalıyıq – danışıqlar, atəşkəs, sülh, diplomatiya…”.

Azpost.info

Əvvəlki məqalə

Dollar bu gün neçəyə olacaq?

Sonrakı məqalə

20 yaşlı gənc göldə batıb