Avropa və dünya çempionu üz-üzə gələcək –AVRO-2020

AVRO-2020-də qrup mərhələsinə yekun vurulur.

Apasport.az saytının məlumatına görə, bu gün son oyunlar keçiriləcək.

E və F qrupunda baş tutacaq qarşılaşmalardan sonra bütün 1/8 final cütləri müəyyənləşəcək.

Turnirə uğursuz start götürən və iki heç-heçə edən İspaniya Slovakiyanı sınağa çəkəcək. “Buğalar” yoluna davam etmək üçün mütləq qələbə qazanmalıdırsa, slovakları bərabərlik də qane edəcək. E qrupunun digər duelində İsveç növbəti mərhələyə vəsiqəni təmin edibsə, Polşanın onlara qoşulmaq üçün qalibiyyətdən başqa yolu yoxdur.

“Ölüm qrupu” sayılan F qrupunda da 4 yığmanın hər biri şansını qoruyur. Almaniya Münhendə Macarıstan önündə sensasiyaya imkan verməsə, mübarizəni davam etdirəcək.

Turun mərkəzi matçı isə Avropa çempionatının son finalçıları arasında olacaq. AVRO-2016-nın qalibi Portuqaliya finalda məğlub etdiyi və DÇ-2018-i qazanan Fransa sınağına çıxacaq. Son tur yalnız fransızların 1/8 finala neçənci yerdə çıxacağını müəyyənləşdirəcək. Portuqaliyanın taleyi isə məhz bu qarşılaşmanın nəticəsindən asılı olacaq.

AVRO-2020
III tur, 23 iyun
E qrupu

20:00. Slovakiya – İspaniya
Baş hakim:
 Byörn Kuypers (Niderland)
Sevilya. “Kartuya” stadionu

20:00. İsveç – Polşa
Baş hakim:
 Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu

1 İsveç 2 1 1 0 1-0 4
2 Slovakiya 2 1 0 1 2-2 3
3 İspaniya 2 0 2 0 1-1 2
4 Polşa 2 0 1 1 2-3 1

F qrupu

23:00. Almaniya – Macarıstan
Baş hakim: 
Sergey Karasyov (Rusiya)
Münhen. “Allyans Arena”

23:00. Portuqaliya – Fransa
Baş hakim: 
Antonio Mateu Lahoz (İspaniya)
Budapeşt. “Puşkaş Arena”

1 Fransa 2 1 1 0 2-1 4
2 Almaniya 2 1 0 1 4-3 3
3 Portuqaliya 2 1 0 1 5-4 3
4 Macarıstan 2 0 1 1 1-4 1
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İngiltərə qrup qalibi olub, Xorvatiya 1/8 finala yüksəlib –

Sonrakı məqalə

Bakı Dövlət Sirkinin yeni saytı istifadəyə verilib