Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Avropada ən təmiz çimərliklər hansı ölkələrdədir? –

User 20 İyun 2025 - 18:22 (Last updated: 20 İyun 2025 - 18:22)
cimerlik avropa

Kipr ən təmiz çimərliklərə malik ölkə seçilib (onun suyunun 97,6 faizi keyfiyyətdədir).

Bu barədə Avropa Ətraf Mühit Agentliyinin son hesabatında deyilir.

Reytinqdə Avstriya ikinci (96,9 faiz), Xorvatiya (96,7 faiz) üçüncü, Yunanıstan dördüncü (95,8 faiz) yerdə qərarlaşıb. Polşa sondan ikinci yerdə (54,9 faiz), Albaniya isə sonuncu yerdədir (41,2 faiz).

Qiymətləndirmə 2006-cı il Avropa Çimərlik Suları Direktivində nəzərdə tutulduğu kimi, iki patogen mikroorqanizmin (enterokok və Helicobacter pylori) olması ilə bağlı 2020-2023-cü illər ərzində Aİ üzv dövlətləri tərəfindən təqdim edilmiş su nümunələri üzərində aparılıb.

Yaxşı xəbər ondan ibarətdir ki, Avropa İttifaqında çimərlik sularının əksəriyyəti təhlükəsizdir: təxminən 22 min nümunə götürmə nöqtəsinin 85 faizi əla hesab edilib. Bu, həmçinin onu təsdiq edib ki, dəniz suyu çaylarda və göllərdə yoxlanılan nümunələrlə müqayisədə çimmək üçün daha keyfiyyətli olaraq qalır.

Daha bir xoş xəbər isə ondan ibarətdir ki, Avropa çimərlik sularının keyfiyyəti son illərdə daha yaxşı monitorinq və idarəetmə sayəsində xeyli yaxşılaşıb. Bu, bioloji təmizlənmə kimi sistemlərə böyük sərmayələrin qoyulması ilə bağlıdır. Digər tərəfdən, iqlim dəyişikliyi, məsələn, daşqınlar kimi ekstremal hava hadisələri onların deqradasiyasına gətirib çıxara bilər.

AzPost.az

Post navigation

Previous: Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçildi
Next: Paşinyan İstanbulda kilsəni ziyarət etdi, şam yandırdı –

Oxşar xəbərlər

qadinlarherbi
  • Sosial

Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab

User 16 Noyabr 2026 - 17:05
bank
  • Sosial

500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı

User 16 Noyabr 2026 - 16:36
restoran yan
  • Sosial

Bakıda “Kişmiş” restoranı yanır – VİDEO

User 16 Noyabr 2026 - 15:31

xƏBƏR

ayaq sismek
  • Maraqlı

Damarlarda trombun yarandığını göstərən əlamətlər – Ayaqlarda şişkinlik və ağrı

User 16 Noyabr 2026 - 18:12
Mütəxəssislərin sözlərinə görə, trombun əlamətləri onun yerləşdiyi nahiyədən asılıdır. Dərinin səthinə yaxın damarlarda yaranan trombları çox vaxt...
Read more about Damarlarda trombun yarandığını göstərən əlamətlər – Ayaqlarda şişkinlik və ağrı
Pensiya kapitalı az olanları nə gözləyir? – 46 mini olmayanlar üçün vacib qaydalar pensiya kapitali
  • Baş Yazı

Pensiya kapitalı az olanları nə gözləyir? – 46 mini olmayanlar üçün vacib qaydalar

User 16 Noyabr 2026 - 17:40
Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab qadinlarherbi
  • Sosial

Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab

User 16 Noyabr 2026 - 17:05
500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı bank
  • Sosial

500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı

User 16 Noyabr 2026 - 16:36
Hörmüzdə yeni təhlükə: Tankerlər minaya düşür, neftin qiyməti necə dəyişəcək? hormuz
  • Dünya

Hörmüzdə yeni təhlükə: Tankerlər minaya düşür, neftin qiyməti necə dəyişəcək?

User 16 Noyabr 2026 - 16:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.