Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Avropada irqçiliyin dəstəklənməsi Qərb demokratiyası üçün fəlakətdir –

User 02 May 2024 - 17:27 (Last updated: 21 May 2025 - 20:15)
erdoqan

Bəzi Avropa ölkələrində ifrat irqçi hərəkatların dövlət tərəfindən dəstəklənməsi Qərb demokratiyası üçün fəlakət və rüsvayçılıqdır. Qərb idarəçilərinin ikiüzlü siyasətini dərs alaraq izləyirik.

Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən Beynəlxalq Demokratik İttifaqın bacarıqlarının artırılması və təlim seminarının açılış mərasimində söyləyib.

Artıq 20 ildir Qərb ölkələrindəki türk icmasını təmsil edən təşkilatın fəaliyyəti haqqında danışan Prezident Ərdoğan Avropada irqçilik, islamofobiya, ayrı-seçkilik və hətta antisemitizmlə mübarizədə qurumun həmişə ön planda olduğunu vurğulayıb.

Bildirilib ki, təşkilat Avropadakı türklərin hüquqlarının müdafiəsi, inteqrasiya proseslərinin asanlaşdırılması, onların siyasətdə, iqtisadiyyatda, vətəndaş cəmiyyətində və elmdə dəstəklənməsi, gənc nəsillərin yaşadıqları cəmiyyətdə assimilyasiyaya uğramadan iştirakı kimi geniş sahələrdə dəyərli fəaliyyətlər həyata keçirib və keçirməkdədir. Avropada türk diasporunun üzləşdiyi çağırışlar və təhdidlər dəyişdikcə birliyin fəaliyyət sahəsi də genişlənir.

Avropada nifrət cinayətləri ilə mübarizədə fikir ayrılığına toxunan Türkiyə Prezidenti deyib: “Müsəlmanlara və mühacirlərə qarşı irqçi hücumların əksəriyyəti istintaq mərhələsində ört-basdır edilir. “Qurani-Kərim”i hədəf alan terror aktlarına fikir azadlığı adı altında məhəl qoyulmur. Belə ikili standartlara dair misalların sayını artırmaq olar. Bu, Avropadakı prosesləri izləyən hər kəsin qəbul edəcəyi həqiqətdir”.

Post navigation

Previous: Azərbaycan yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək
Next: Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Oxşar xəbərlər

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49

xƏBƏR

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiyaya və Ukraynaya müraciəti nəticəsində Ukraynanın Oleşki şəhərində lokal atəşkəs barədə razılaşma...
Read more about Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.