Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Avropada qaz qiymətləri 100 avrodan çox qalxa bilər

User 30 Mart 2026 - 13:29 (Last updated: 30 Mart 2026 - 13:29)
qaz tebii

Qətərdə mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturu üzrə baş verən zədələnmələr və Hörmüz boğazında yaranmış gərginlik Avropa qaz bazarında ciddi qiymət artımına səbəb ola bilər.

Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.

Agentliyin hesabatına görə, 19 mart tarixində “QatarEnergy”nin Ras Laffan LNG obyektində baş verən hadisə nəticəsində ölkənin qaz təchizatının təxminən 17%-i zədələnib və bərpa işləri 3–5 il çəkə bilər.

Qeyd edilib ki, xüsusilə Hörmüz boğazında uzunmüddətli pozuntu baş verərsə, bu, Avropa İttifaqına qaz tədarükünü azaldaraq yay mövsümündə LNG uğrunda rəqabəti gücləndirəcək. Nəticədə qaz qiymətləri hazırkı fyuçers səviyyələrini aşaraq 100 avro/meqavat-saat (MWh)-dan yuxarı qalxa bilər.

Hesabata əsasən, 2025-ci ildə Aİ Qətərdən təxminən 10 milyard kubmetr LNG idxal edib ki, bu da ümumi qaz idxalının 2%-ni təşkil edir. Buna baxmayaraq, qlobal LNG təklifində azalma Avropa bazarında qiymətlərə daha geniş təsir göstərə bilər.

Agentlik qeyd edir ki, hazırda Aİ-də qaz anbarlarının doluluq səviyyəsi uzunmüddətli orta göstəricidən aşağıdır və yay aylarında ehtiyatların zəif doldurulması qış mövsümü öncəsi əlavə risk yaradır.

Moody’s-ə görə, İtaliya və Belçika Qətər qazından daha çox asılı olduqları üçün potensial təchizat çatışmazlığından daha çox təsirlənə bilər. Almaniya və Fransanın birbaşa idxalı olmasa da, qiymət artımı bu ölkələrə də dolayı təsir edəcək.

Eyni zamanda, hesabatda vurğulanır ki, Avropada qaz tələbinin pandemiyadan əvvəlki səviyyədən aşağı qalması və bərpa olunan enerji mənbələrinin payının artması müəyyən qədər təzyiqi azalda bilər.

Bununla belə, qaz qiymətlərinin yüksəlməsi ən çox enerji tutumlu sənayelərə – kimya, metal və mədən sektorlarına mənfi təsir göstərəcək. Əksinə, LNG treyderləri və iri neft-qaz şirkətləri qiymət dəyişkənliyindən faydalana bilər.

Qeyd edək ki, Moody’s bu vəziyyəti qlobal LNG təklifinin azalması, Asiya ilə rəqabətin güclənməsi və Avropada aşağı qaz ehtiyatları fonunda qiymət şoku riski kimi qiymətləndirir. /APA/

AzPost.az

Post navigation

Previous: ABŞ-İran danışıqları nə vaxt başlayacaq?
Next: “Nestle”nin 12 ton “KitKat” şokoladı oğurlanıb

Oxşar xəbərlər

bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 16 Noyabr 2026 - 09:20
Pensiya
  • İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

User 13 Noyabr 2026 - 12:09
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37

xƏBƏR

Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
ABŞ-dan və digər ölkələrdən iri miqyaslı texniki nasazlıqlarla bağlı yeni məlumatlar daxil olur. İstifadəçilər Gmail, Marriott, Outlook...
Read more about Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb
Putin Trampla görüş üçün Çinə gəldi putin
  • Dünya

Putin Trampla görüş üçün Çinə gəldi

User 17 Noyabr 2026 - 22:47
Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06
Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.