“Avropada vətəndaş müharibəsi qaçılmazdır” –İLON MASK

“Avropada miqrasiya kursu davam edərsə, vətəndaş müharibəsi qaçılmazdır”.

Azpost.info bildirir ki, bu sözləri amerikalı sahibkar, Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Mask sosial şəbəkədə britaniyalı bloger və siyasi şərhçi Konstantin Kissinin yazısına cavab verərkən deyib.

Kissi bildirib ki, Avropa şəhərlərində minlərlə insan Fələstinin Həmas qruplaşmasının hərəkətlərini bayram edir. Kissinin sözlərinə görə, bu fikri bölüşən daha çox insan Avropaya gəlir və minlərlə “etirazçı” tezliklə on minlərlə olacaq.

“Mövcud tendensiyalar davam edərsə, Avropada vətəndaş müharibəsi qaçılmaz olacaq”, – deyə Mask Kissinə cavab verib.

Qeyd edək ki, Avropa İttifaqı, Böyük Britaniya və digər ölkələrdə HƏMAS hərəkatı terrorçu kimi tanınır.

Əvvəlki məqalə

Pensiyalar bu tarixdə tam ödəniləcək

Sonrakı məqalə

“ABŞ-nin məqsədi Cənubi Qafqazda davamlı sülhü təmin etməkdir”