Avstraliya COVID-19-a qarşı peyvənd vurduran vətəndaşlara xaricə getmək icazəsi verə bilər

Avstraliya hökuməti COVID-19-a qarşı peyvənd vurduran vətəndaşlara mərhələlərlə xaricə getmək və ölkədən kənarda olan avstraliyalıların geriyə qayıtmaq imkanlarını araşdırır.

Bu barədə Avstraliyanın Baş naziri Skott Morrison bəyan edib.

“Sərhədlərin açılması COVID-19 peyvəndini tam qəbul edən şəxslərə səyahət etmək və vacib məsələlərlə bağlı xaricə getmək imkanları yarada bilər. Lakin vətənə dönərkən onlar məcburi qaydada öz hesablarına oteldə qalmalı və iki həftəlik karantindən keçməlidirlər”, – deyə Baş nazir bildirib.

S.Morrison əlavə edib ki, sərhədlərin mərhələlərlə açılması Avstraliyada bütün əhali peyvənd vurdurduqdan sonra mümkündür və bu, virusun xaricdən ölkəyə gətirilməsinin qarşısını ala bilər.

Avstraliya və Yeni Zelandiya arasında imzalanan ikitərəfli müqaviləyə əsasən bu ölkələr aprelin 19-dan qarşılıqlı səfərlər üçün turizm xəttini açmaq niyyətindədirlər.

Xatırladaq ki, Avstraliya koronavirus pandemiyasına görə ötən ilin martından öz beynəlxalq sərhədlərini bağlayıb. Hazırda bu ölkədə 29 min 400 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 999-u həyatını itirib.

Avstraliya hökuməti ilkin mərhələdə martın sonunadək ölkəyə gətiriləcək 4 milyon doza “AstraZeneca” peyvəndini istifadə etməyi planlaşdırırdı. Lakin Avropa İttifaqı istehsalçının tədarükü pozması səbəbindən Avstraliyaya ixracı dayandırdığına görə hazırda yalnız 670 min nəfərə peyvənd vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazir Rəşad Nəbiyevin sədrliyi ilə AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirilib –

Sonrakı məqalə

ABŞ-da atışma olub, səkkiz nəfər ölüb