Avstriya Əfqanıstandan qaçqın qəbul etməyəcək

Avstriya Əfqanıstandan qaçqın qəbul edilməməsinə dair qərarında qalacaqdır.

Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq Vyanada keçirilən mətbuat konfransında bu barədə danışıb. O qeyd edib ki, Avstriya indiyədək Əfqanıstan qaçqınları ilə əlaqədar kifayət qədər həmrəylik nümayiş etdirib, bunu digər Avropa ölkələri ilə müqayisədə Avstriyadakı əfqan icmasının böyüklüyündən də görmək mümkündür.

Nazir həmçinin bildirib ki, hazırda Əfqanıstandakı vəziyyətə ən düzgün reaksiya mümkün qədər çox insanın Avropaya aparılmasına nail olmaqdan ibarət deyil. O, həyati təhlükə ilə üzləşən insanların qorunmasının vacibliyini və bunun üçün sıranın ilk növbədə qonşu ölkələrdə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Avstriya əfqan qaçqınlarının təminatı üçün qonşu olkələrin dəstəklənməsinə tərəfdardır və növbəti həftə bu mövzu ilə əlaqədar Özbəkistan və Tacikistanla danışıqlar aparacaq.

Nazirlikdən verilən məlumata görə, Əfqanıstandan indiyədək 76 şəxs Avstriyaya təxliyə edilib. Onlarla Avstriya vətəndaşı və bu ölkədə daimi yaşayış icazəsi olan əfqanıstanlı təxliyə olunmaqlarını gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şamaxıda 79 yaşlı qadın özünü gölə atıb

Sonrakı məqalə

“Yeni Klinika”da vaksin vurdurmaq üçün canlı növbə ləğv olunub