Aya ayaq basan ilk astronavt Maykl Kollins vəfat edib

29 Aprel 2021 - 01:52

Aya uçuş edən ilk amerikalı kosmonavtlardan biri Maykl Kollins 90 yaşında vəfat edib.

Bu barədə onun yaxınları “Twitter” səhifəsində bildiriblər.

Qeyd edilib ki, son günlərini yaxınlarının əhatəsində keçirən Kollins xərçəng xəstəliyindən dünyasını dəyişib.

O, 1969-cu ilin iyul ayında kosmonavtlar Neil Armstronq və Buzz Aldrin ilə birlikdə dünyada ilk dəfə Aya eniş edib.