Aya Sofyanın divarlarındakı ikona təsvirlərinin üzü örtüləcək

11 İyul 2020 - 11:31

Ötən gün muzey statusu ləğv olunaraq, məscid elan olunan İstanbulun məşhur Aya Sofya məbədinin divarlarına çəkilmiş ikona təsvirlərinin taleyinə aydınlıq gətirilib.

“HaberGlobal”ın məlumatına görə, insan təsvirləri olan ikonalar üçün açılıb-bağlanan xüsusi pərdələr düzəldiləcək.

İnsan təsviri olmayan mozaikaların örtülməsi isə müzakirə mövzusu deyil.

Qeyd edək ki, hazırda Aya Sofya məscidində 10-dan çox ikona və dini simvollar var.