“Ayaks” 20-ci dəfə ölkə kubokunun qalibi olub

Rotterdamdakı “De Kuyp” stadionunda “Ayaks” və “Vitess” komandaları arasında Niderland Kubokunun final oyunu keçirilib.

Qarşılaşma Amsterdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 23-cü dəqiqədə “Ayaks”ın yarımmüdafiəçisi Rayan Qravenberx açıb. Bundan 8 dəqiqə sonra “Vitess”in hücumçusu Lua Openda bərabərlik qolunu vurub. 85-ci dəqiqədə onun komanda yoldaşı Yakob Rasmussen qırmızı vərəqə alıb.

“Ayaks” say üstünlüyündən 90+1-ci dəqiqədə yararlanıb. David Neres fərqlənərək, komandasına 20-ci dəfə Niderland Kubokunu qazandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda 4 avtomobil toqquşub, 3 nəfər ağır xəsarət alıb –

Sonrakı məqalə

Dünyada son sutka ərzində 809 004 nəfər koronavirusa yoluxub –