Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Ayaq üstə işləmək sağlamlığa zərər verə bilər –

User 26 Aprel 2025 - 18:00 (Last updated: 21 May 2025 - 20:15)
islemek ayaquste

Ayaq üstə işləmək sağlamlığa zərər verə bilər.

“İndependent” nəşri  xəbər verir ki, mütəxəssislər ürək sağlamlığına görə, masa arxasında işləyən insanlara gün ərzində hərəkət etmələrini tövsiyə edir.

Son illərdə ayaq üstə işləməyə imkan verən, tənzimlənən masaların problemi həll etdiyi iddia olunur. Lakin Avstraliyanın Sidney Universitetinin alimlərinin yeni araşdırmasına görə, bu cür işləmək ürək xəstəlikləri riskini azaltmır və digər sağlamlıq problemlərini də doğura bilər.

“Beynəlxalq Epidemiologiya” jurnalında dərc edilən araşdırmada Birləşmiş Krallıq vətəndaşlarının sağlamlıq məlumatlarını ehtiva edən İngiltərə Biobankında qeydiyyatdan keçmiş 83 min insanın məlumatları araşdırılıb. Heç birində ürək problemi olmayan iştirakçılar gündəlik hərəkətlərini biləklərində ölçən ağıllı saat kimi cihazlar taxıblar. Alimlərin sözlərinə görə, gün ərzində iki saatdan çox ayaqda durmaq dərin damar trombozu riskini artıra bilər ki, bu da ayaqlarda varikoza və ya qan laxtalarının yığılmasına gətirib çıxara bilir. Məlum olub ki, iki saatdan sonra ayaqda qalan hər 30 dəqiqədə qan dövranı sistemi xəstəliklərinə tutulma riski 0,11 faiz artıb.

Tədqiqatçılar ayaq üstə işləməyin ürək sağlamlığına fayda vermədiyini də müşahidə ediblər. Məqalənin aparıcı müəllifi doktor Metyu Əhmədinin fikrincə, burada əsas nəticə ondan ibarətdir ki, çox uzun müddət ayaq üstə durmaq oturaq həyat tərzini kompensasiya etməyəcək və bəzi insanların qan dövranı sağlamlığına təhlükə yarada bilər: “Biz daha çox ayaqda durmağın uzun müddət ərzində ürək-damar sağlamlığını yaxşılaşdırmadığını və qan dövranı problemləri riskini artırdığını aşkar etdik”.

Alimlər diqqətə çatdırıblar ki, çox oturan insanlar hərəkət edərək yarana biləcək sağlamlıq problemlərinin qarşısını ala bilərlər.

Araşdırmanın müəlliflərindən olan professor Emmanuel Stamatakis ürək xəstəliyi riskini azaltmaq istəyənlərə müəyyən tövsiyələr verir: “Müntəzəm fasilələr vermək, gəzmək, yığıncağa getmək, pilləkənlərlə qalxıb-enmək, uzun məsafələrlə yol getmək, masadan uzaqlaşıb bir az hərəkət etmək üçün nahar vaxtından istifadə etmək və s.”

M.Əhmədi və E.Stamatakisin iştirak etdiyi başqa bir araşdırma, gündə 11 saat oturaraq keçirən insanların təxminən 6 dəqiqə intensiv və ya 30 dəqiqə orta intensivlikdə idman etməklə ürək xəstəliyi riskini azalda biləcəyini göstərib.(Azərtac)

Post navigation

Previous: Hüceyrələr ölümdən sonra da fəaliyyət göstərirmiş –
Next: Yeni batareya hazırlanıb, telefonların qalınlığı plastik kart kimi olacaq

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.