Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

AYNA yeni cərimələr barədə açıqlama yaydı

User 28 İyun 2024 - 14:00 (Last updated: 21 May 2025 - 20:15)
ayna

Son dövrlər əhali arasında velosipeddən və skuterlərdən istifadəyə maraq xeyli artıb. Elə bu səbəbdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sakinlər üçün şəhər konsepsiyası çərçivəsində velosiped zolaqları şəbəkəsinin yaradılması və bu infrastrukturun inkişaf etdirilməsi istiqamətində işlər həyata keçirilir.

AYNA-dan bildirlib ki, paytaxt Bakının mikromobillik infrastrukturu inkişaf etdirilir. Artıq mərkəzi küçələri əhatə edən tam bir dövrə velosiped yolu istifadəyə verilib.

“İstifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə Bakı şəhərində ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.

Qanunvericilikdə mikromobillik sahəsində yalnız velosipedlə bağlı məsələlər qismən tənzimlənirdi. Velosiped və kiçik mühərrikli elektrik nəqliyyat vasitələri ilə bağlı mövcud qanunvericilikdəki münasibətlər sistemi real vəziyyətdən əhəmiyyətli dərəcədə geri qalırdı. Buna görə də mikromobillik vasitələrinin istifadəçilərinin və yol hərəkətinin digər iştirakçılarının təhlükəsizliyi ilə bağlı təhdidlər yaranırdı.

Bu səbəbdən də qanunvericiliyə kiçik elektrik nəqliyyat vasitəsi (KENV), kiçik elektrik nəqliyyat vasitələrinin operatorun anlayışllarının daxil edilməsi, KENV-in sürücüsünün vəzifələri, KENV-lərin hərəkətinə və operatorlarının fəaliyyətinə dair tələblərin müəyyən edilməsi zərurəti yaranmışdı”, – deyə qeyd olunub.

AYNA-dan həmçinin deyilib ki, ilk dəfə olaraq velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə inzibati tənbeh tədbiri müəyyən edilir. Bu inzibati xəta 100 manat cərimə və 2 balla qiymətləndirilir.

İlk dəfə olaraq avtobuslar üçün nəzərdə tutulan hərəkət zolağından və velosiped yolundan digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsi ilə əlaqədar sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.

Həmçinin ilk dəfə olaraq ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması ilə əlaqədar bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.

Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 80 manat məbləğində cərimə edilir. Bu inzibati xəta 2 balla qiymətləndirilir.

Velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə 100 manat məbləğində cərimə edilir. Bu inzibati xəta 2 balla qiymətləndirilir.

İlk dəfə olaraq digər belə bir inzibati tənbeh tədbiri müəyyən edilir. Bu inzibati xəta üzrə bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.

İlk dəfə olaraq kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat məbləqində cərimə müəyyən edilir.

Həmçinin kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 100 manatdan 150 manatadək məbləğdə cərimə müəyyən edilir.

Qanunvericilikdə daha bir yenilik kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilərsə yüz əlli manat məbləğində cərimə müəyyən edilməsidir.

İlk dəfə olaraq kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilərsə 200 manat məbləğində cərimə müəyyən edilir.

Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir. Bu xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 1000 manatdan 2200 manatadək məbləğdə cərimə edilir.

İlk dəfə olaraq velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat cərimə müəyyən edilir.

İlk dəfə olaraq velosiped yollarında materialların yığılması və predmetlərin saxlanılmasına görə fiziki şəxslər üçün 80 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər üçün 400 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər üçün 3000 manatdan 4000 manatadək məbləğdə cərimə müəyyən edilir.

Post navigation

Previous: Parlament və Atatürk prospektləri avtobuslar üçün bağlanır
Next: “Gürcüstan hakimiyyətini hazırkı siyasi kursdan əl çəkməyə çağırırıq”

Oxşar xəbərlər

4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.