Aysel Ələkbərzadənin intiharı ilə bağlı bloqer Nurlan Libre və həyat yoldaşı prokurorluğa çağırılıb

10 Mart 2020 - 18:08

Feminist Aysel Ələkbərzadənin intahara cəhd etməsi faktı ilə bağlı Nurlan Libre və həyat yoldaşı Əsli Əlizadə prokurorluğa çağırılıblar.

Bu barədə Nurlan Libre özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

O bildirib ki, həyat yoldaşı Əsli Əlizadə ilə birgə Yasamal rayon Prokurorluğa çağırılıblar.

Qeyd edək ki, bu gün səhər saatlarında feminist gənc, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə yaşadığı binanın ikinci mərtəbəsindən özünü ataraq intahara cəhd edib.