Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Ayxan Hacızadə BMT-nin insan hüquqları üzrə ali komissarının fikirlərinə münasibət bildirib

User 27 Sentyabr 2023 - 13:08 (Last updated: 21 May 2025 - 20:15)
ayxan

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türkün fikirləri tərəfimizdən qeydə alındı.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türkün bölgədəki vəziyyətlə əlaqədar şərhi ilə bağlı yerli medianın sualına cavabında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı atdığı bütün addımlar, o cümlədən son 24 saatlıq anti-terror tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirilib.

“Azərbaycan hər zaman həyata keçirdiyi tədbirlər çərçivəsində mülki əhalinin və mülki obyektlərin qorunmasına sadiq olub.

Ermənistanın 30 ilə yaxın hərbi işğalı zamanı kütləvi qətllərə məruz qalan azərbaycanlıların öz hüquqlarından məhrum olmasına baxmayaraq, Azərbaycan öz ərazisində olan bütün etnik azlıqların, o cümlədən ermənilərin hüquqlarının qorunmasına həmişə sadiq olub. Azərbaycan rəhbərliyi bunu dəfələrlə şifahi şəkildə bəyan edib.

Təəssüf ki, indiyədək heç kim bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını qorumağa, o cümlədən onların təhlükəsizlik və ləyaqət şəraitində qayıtmaq hüquqlarını təmin etməyə dair çağırış etməyib. Azərbaycanın 44 günlük müharibədən, o cümlədən anti-terror tədbirləri həyata keçirildikdən sonra itkin düşmüş şəxslərin yerini tapmaq üçün köməklik göstərməsinə baxmayaraq, 4000-ə yaxın itkin düşmüş azərbaycanlıya qarşı eyni diqqət və həssaslığı müşahidə etmirik.

Ümid edirik ki, ali komissarın qurbanların hüquqları baxımından günahkarların məsuliyyətə cəlb olunması və cəzalarını çəkmələri məsələsinin həllini tapması üçün şəffaf istintaq aparmaq çağırışları, Azərbaycanın 30 ilə yaxın müddətdə Xocalı soyqırımı, digər kütləvi qətliam və insanlıq əleyhinə cinayətlərdə təqsirli şəxsləri cəzalandırmaq istiqamətində çağırışlarına məhəl qoymayan beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qəbul ediləcək.

Biz həmçinin, Ermənistanın, BMT nümayəndəsinin bu çağırışına əməl etməklə, bu ölkənin indiki ərazisindən kütləvi surətdə qovulmuş azərbaycanlıların hüquqlarını inkar etməyəcəyinə və onların öz evlərinə qayıtmaq hüquqlarını təmin etmək üçün dialoqa şərait yaradacağına ümid edirik”, – XİN rəsmisi qeyd edib.

Post navigation

Previous: Prezident və birinci xanım Bakıda inşası davam etdirilən Zəfər parkında olublar –
Next: FHN-də Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb-

Oxşar xəbərlər

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32

xƏBƏR

tramp putin zelenski
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır

User 30 Oktyabr 2026 - 20:22
Rusiya və ABŞ Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşün tarixlərini razılaşdırmağa başlayıb. Görüş noyabr ayında baş tutacaq. Bu barədə...
Read more about Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır
Oynaq ağrılarından qorunmaq üçün 6 faydalı qida – Mütəxəssislər tövsiyə edir ayaq oynaq
  • Maraqlı

Oynaq ağrılarından qorunmaq üçün 6 faydalı qida – Mütəxəssislər tövsiyə edir

User 30 Oktyabr 2026 - 20:15
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53
Tramp gələn həftə İrana zərbə endirə bilər – Associated Press tramp iran
  • Dünya

Tramp gələn həftə İrana zərbə endirə bilər – Associated Press

User 30 Oktyabr 2026 - 19:12
“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.