Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan-ABŞ ikitərəfli münasibətləri müzakirə edilib

User 25 Oktyabr 2023 - 19:04 (Last updated: 21 May 2025 - 20:15)
1698245860128651966_1200x630

Oktyabrın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın “Caspian Policy Center” beyin mərkəzinin idarə heyətinin sədri Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin cari vəziyyəti, bölgədə tranzit, nəqliyyat və enerji sahələrində əməkdaşlıq, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri və regional məsələlər müzakirə edilib.

Söhbət zamanı nazir Ceyhun Bayramov ölkəmizin erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini şərtləndirən amillər, o cümlədən Ermənistanın son dövrlər Azərbaycana qarşı törətdiyi təxribatlar və ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhdidlər barədə qarşı tərəfə məlumat verib və yüksək dəqiqliklə aparılan antiterror tədbirləri zamanı mülki şəxslərin hədəf alınmadığını bildirib.

Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq işlər aparıldığı və bu məqsədlə elektron portal yaradıldığı diqqətə çatdırılıb.

Erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin hər hansı bir məcburi yerdəyişmə ilə əlaqədar olmadığı vurğulanaraq, BMT rəsmilərinin bölgəyə son səfərı sonrası verilən açıqlamaların da bunun bariz nümunəsi olduğu bildirilib.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq məsələlərinə toxunan nazir ölkəmizin 2023-cü ildə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) sədrliyi müddətində görüləcək işlər və Bakıda keçirilməsi nəzərdə tutulan sammit barədə məlumat verib. SPECA üzv dövlətləri ilə ölkəmiz arasında həm ikitərəfli hökumətlərarası səviyyədə, həm də Proqram çərçivəsində geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğu vurğulanıb.

Regionda baş verən son proseslərin beynəlxalq yük daşımalarda geniş imkanlar yaratdığı bildirilib. Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsinin regional nəqliyyat və logistika marşrutlarının inkişafına yeni təkan verdiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Post navigation

Previous: Ombudsman Aparatı Gəncədə küçəyə atılan azyaşlılarla bağlı məlumatı araşdırıb
Next: “Simonyan başa düşə bilmir ki, Azərbaycan Ermənistanı diplomatik müstəvidə də darmadağın edib”

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiyaya və Ukraynaya müraciəti nəticəsində Ukraynanın Oleşki şəhərində lokal atəşkəs barədə razılaşma...
Read more about Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.