Azərbaycan adını Avropaya aparan gəncəli futbolçu –VİDEO

Məşhur azərbaycanlı futbolçu Vəli Qasımovun 55 yaşı tamam olub.

Vəli Qasımov 4 oktyabr 1968-ci ildə Gəncə şəhərində anadan olub.

15 yaşında ikən SSRİ yığmasının tərkibinə daxil edilib və 16 yaşında artıq öz yaş qrupunda Avropa çempionu olub.

Peşəkar karyerasına “Mayak”da oynayaraq başlayıb. Daha sonra bir çox komandalardan dəvət alıb. O, Ukraynanın “Metallist” klubunun düşərgəsinə yollanıb. Bir mövsüm “Metallist” Xarkov klubunun cavan futbolçular klubunda oynadıqdan sonra əsas heyətə cəlb olunub.

1987-ci ildə o evə dönməyə razı olub. Bir neçə il SSRİ çempionatının yüksək və birinci liqalarında “Neftçi” (Bakı) klubunun tərkibində oynayıb.

1992-ci ilin sonunda Segunda klubu “Real Betis” ilə 1992/93 mövsümünün sonuna qədər müqavilə imzalayıb. 1992/93 mövsümünün yarısını, 1993/94 və 1994/95 mövsümündə “Real Betis”də çıxış edən Qasımov 1994/95 mövsümündə “Real Betis”in La Liqaya yüksəlməsində böyük rol oynamışdır. Bu dövr ərzində o, 42 matç keçirib və 9 qol vurmağı bacarıb. 1994/95 mövsümünün sonunda Qasımov başqa bir La Liqa təmsilçisi “Albasete” klubu ilə müqavilə imzalayıb.

“Esixa”nın aşağı liqaya düşməsindən sonra o, Portuqaliyanın “Vitoriya” Setubal klubuna transfer olub. İlk mövsüm klubu 13-cü pilləni tutsa da, növbəti mövsüm “Vitoriya” 5-ci yerin sahibi olub. 1999-cü ilin yayında Qasımov Portuqaliya 3-cü futbol divizionu təmsilçisi “İmortal” klubuna transfer olub. Bu klubda 2 mövsüm keçirsə də klubunu yuxarı pillələrə çıxara bilməyib və 2001-ci ilin yayında klubdan ayrılıb. Qasımov bu qərarla həm də futbol karyerasını da başa vurub.

Daha sonra Azərbaycan milli futbol komandasının məşqçisi Berti Foqtsun köməkçisi və Azərbaycan U-19 milli futbol komandasının baş məşqçisi vəzifələrində çalışıb.

Azpost.info onun haqqında hazırlanmış sujeti təqdim edir.

 

Əvvəlki məqalə

Qazaxıstan prezidenti Fransaya rəsmi səfərə gedib

Sonrakı məqalə

ABŞ-da prezident seçkiləri başlayıb