ABŞ-da prezident seçkiləri başlayıb

ABŞ-da prezident seçkiləri üçün ilk seçki məntəqələri artıq açılıb.

Ağ Evin sabiq rəhbəri Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris bu vəzifə üçün mübarizə aparır.

Sorğular göstərir ki, namizədlərdən heç birinin ciddi üstünlüyü yoxdur. “NBC News”un məlumatına görə, bərabər sayda seçici namizədlərə səs verməyə hazırdır ki, bu da 49% təşkil edir.

Qeyd edək ki, seçkilərin müqəddəratını əsasən Nevada, Arizona, Viskonsin, Miçiqan, Pensilvaniya, Corciya və Şimali Karolina ştatlarının seçiciləri həll edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.