Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə investisiya yatırıb və daxili bazarın tələbatını tam təmin edib.
Bu barədə bu gün Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayır.
“Bu, bizim müstəqilliyimizin ilk illərində belə deyildi”, – Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, artıq 27-ci dəfə keçirilən Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisi qlobal enerji oyunçularının diqqətini Azərbaycana çəkməkdə vacib rol oynayır. (APA)