Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Müsahibə

“Azərbaycan cəmiyyətində Rusiyaya etimadsızlıq yoxdur” –

User 16 Noyabr 2023 - 22:49 (Last updated: 21 May 2025 - 20:15)
rauf qurbanov

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov Azpost.info-ya müsahibə verib.

Müsahibəni oxuculara təqdim edirik:

-Kommunist Partiyası təkrar qeydiyyatdan keçmədi. Bundan sonrakı planlarınız nədir?

-Sənədləri yenidən toplayacağıq, “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğunlaşdıracağıq və yenidən Ədliyyə Nazirliyinə müraciət ünvanlayacağıq. Çalışacağıq ki, yenidən qeydiyyatdan keçək və fəaliyyətimizi davam etdirək. Hazırda bu məsələlərlə bağlı geniş danışmaqm istəmirəm. Planlarımız var və o planların həyata keçməsinə çalışacağıq.

-Rusiya ilə Azərbaycan arasındakı hazırkı münasibətləri necə qiymətləndirirsiniz? Azərbaycan-Rusiya münasibətləri bu günü necə görünür?

-Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı mövcud münasibətləri yüksək dəyəndirirəm və qeyd etmək istəyirəm ki, son 20  ili əhatə edən dövr ərzində bu iki qonşu dövlət arasında olan münasibətlər heç vaxt bu qədər yüksək səviyyədə olmamışdır. Qarşılıqlı ehtimad və ümumi  maraqların üst-üstə düşməsi ölkələrimiz arasında istər siyasi, istər mədəni, istərsə də iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə xidmət edir.

22 fevral 2022-ci ildə Moskva şəhərində, dövlət başçıları İlham Əliyevlə Vladimir Putin arasında imzalanmış müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında Bəyannamə mənim yuxarıda dediyim fikirlərin bariz göstəricisidir.

-Amma sanki sözügedən Bəyannamə işlək deyil…

-Bəyənnamə, Azərbaycan-Rusiya dövlətləri arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub və bu Bəyannamə  iki ölkə  arasında birgə fəaliyyətin ən mühüm sahələrini əhatə edəcək və ikitərəfli münasibətlərin   gələcəyi üçün böyük əhəmiyyətə malikdir. Bu sənədin qəbulu dövlətlərimiz arasında münasibətlərin  yeni mərhələsinə keçiddir.

-Azərbaycan cəmiyyətində Rusiyaya etimadsızlıq müşahidə olunur. Sizcə, bunun səbəbləri nələrdir?

-Sizin dediklərinizlə tamamilə razı deyiləm. Bir neçə qəryönümlü insanların və internet media saytlarının respublikada anti-Rusiya təbliğatı ilə məşğul olmaları heç də Azərbaycan cəmiyyətinin Rusiyaya qarşı etimadsızlığı kimi dəyərləndirilməməlidir. Azərbaycan cəmiyyətinin Rusiya dövlətinə münasibəti Azərbaycan-Rusiya arasında imzalanmış Bəyənnamə ilə ölçülür.

-Sizcə, Qarabağdakı Rusiya sülhməramlarının taleyi necə olacaq? Sizcə, sülhməramlı kontingent 2025-ci ildə bölgədən çıxacaqmı?

-Bu sual deyərdim ki, ictimaiyyəti maraqlandıran suallar içərisində bəlkə də ən aktualıdır. Mən bu məsələ ilə əlaqədar ölkənin müxtəlif  media resurslarında ictimaiyyətə öz mövqeyimi bildirmişəm. Sizin saytınız  vasitəsi ilə onu bir daha təkrar etmək  istəyirəm: Azərbaycanın Qarabağ ərazisində  dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələri, 10 noyabr 2020-ci ildə üç dövlət başçıları arasında bağlanmış Üçtərəfli Birgə Bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycan ərazisini 2025-ci ilin müvafiq ayında tərk edəcəklər.

–Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik, yaxın dostluq və qardaşlıq münasibətlərinə münasibətiniz necədir?

-Türkiyə Azərbaycanın təkcə müttəfiqi yox, həm də ona doğma olan bir dövlətdir. İki ölkənin xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinin olması, ümumi maraqların qorunmasında  hər iki dövlətin iqtisadi, siyasi, hərbi  və digər sahələrdə imkan və potensiallarının birləşdirilməsi mühüm əhəmiyyətə malikdir.

Azərbaycan, 44 günlük Vətən müharibəsində  qələbə qazanaraq Ermənistanın 30 ilə yaxın bir müddətdə davam edən təcavüzkar siyasətinə son qoydu, əzəli torpaqlarını düşmən işğaldan azad edərək, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Məhz bu zəfərin əldə olunmasında  qardaş Türkiyənin mənəvi-siyasi dəstəyini xüsusi qeyd etmək istəyirəm.

Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi,  iqtisadi və nəqliyyat əlaqələrinin, o cümlədən kommunikasiya xətlərinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Türkiyə dövlətinin göstərdiyi səylər təqdirəlayiqdir.

Bütün bunları nəzərə alaraq Azərbaycan və Türkiyə respublikaları arasında dostluq və qardaşlıq münasibətlərin keyfiyyətcə daha da yaxşılaşaraq möhkəmlənməsinin tərəfdarıyam. Bu iki qardaş dövlətin müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərini qarşılıqlı şəkildə əlaqələndirmələri çox zəruridir və bu yöndə aparılacaq siyasət xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Anar ABDULLA

Azpost.info

Post navigation

Previous: Kino Agentliyinin film müsabiqəsinin ikinci mərhələsi yekunlaşıb
Next: Azərbaycan İsveçi məğlub etdi –

Oxşar xəbərlər

ceyhun celilov
  • Müsahibə

“Naxçıvanda əsas çətinlik məşğulluqla bağlıdır”: “Sahibkarlıq məhdud inkişaf edib” –

User 05 Oktyabr 2026 - 22:36
hikmet musahibe paksitan
  • Müsahibə

Hikmət Hacıyev:

User 16 İyul 2026 - 11:22
Emin Əmrullayev
  • Müsahibə

“Müəllimlərin ehtiyaclarını anlamaq vacibdir”

User 22 İyun 2026 - 21:02

xƏBƏR

saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən azad edildiyini təsdiqləyib. O, qərarın Azərbaycanla bağlı...
Read more about Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır asteroid zerbe
  • Maraqlı

Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır

User 25 Oktyabr 2026 - 19:47
İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək? hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.