Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Azərbaycan COP29-la bağlı ciddi dezinformasiya ilə üzləşib” –

User 21 İyul 2024 - 11:00 (Last updated: 21 May 2025 - 20:15)
hikmet haciyev

Azərbaycan noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyası (COP29) ilə bağlı ciddi dezinformasiya ilə üzləşib.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən II Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Hikmət Hacıyev həmçinin Prezident İlham Əliyevin dezinformasiya ilə bağlı fikirlərini xatırladıb.

Prezident köməkçisi əlavə edib ki, bu faktor müxtəlif ölkələr arasında münaqişə yarada bilər:

“Rəqəmsallaşma məlumatların sürətli istehsalını təmin edir və bu da bəzən təhriflərə yol verilməsinə şərait yaradır. İnformasiya çox güclü vasitədir və bunun necə düzgün istifadə edildiyi güclü sual altındadır. Dezinformasiya artıq fərdi azadlıqları da təhdid etmək həddinə çatıb. Bu anlayış manipulyasiya edən, ictimai fikri çaşdıran və qlobal təhlükəsizliyə ciddi təhlükə yaradan informasiya çirklənməsi ilə müşahidə olunur. Dezinformasiya ümumiyyətlə mətbuatın etibarlılığını sarsıdır. Bu baxımdan dezinformasiya müəyyən qrupların məqsədlərinə çatmağında vasitə ola bilər. Prezident İlham Əliyevin də dediyi kimi bu müxtəlif tərəflər arasında münaqişələrin yarananmasına səbəb ola bilər. Bu amil həm də mətbuatın təməl prinsiplərini pozur. Prezident İlham Əliyev də dünən qeyd etdi ki, dezinformasiya nəticəsində faktlar elə təqdim olunurdu ki, guya Azərbaycan hansısa ölkəyə təcavüz edib. Təəssüf ki, bütün mətbuat agentliklərinin başlıqlarında bu faktı Azərbaycanın törətdiyi ilə bağlı məlumatlar yer alırdı. Burada biz Prezident Əliyevin beynəlxalq mətbuatla ünsiyyəti və ayrı-ayrı beynəlxalq mətbuat orqanları ilə işin nəticəsində biz bu amillərlə mübarizə apardıq. Biz çalışırdıq ki, dünya ictimaiyyətinə yalnız həqiqəti çatdıraq. İnanırıq ki, dezinformasiyaya qarşı müqavimət mexanizmlərinin inkişafı və bunun əleyhinə mübarizədə jurnalist peşəkarlığının artırılması mühüm rol oynaya bilər. Xüsusilə beynəlxalq təşkilatlarda bununla bağlı tədbirlər görülməlidir. Burada bu mübarizənin təməl prinsipləri barədə razılığa gəlmək lazımdır. Biz düşünürük ki, düzgün məlumatın cəmiyyətə çatdırılması son dərəcə vacibir. Azərbaycan COP29 ilə bağlı da ciddi dezinformasiya ilə üzləşib. Biz qlobal təhlükəsizliklə bağlı gündəliyimizi elan etmişik və işimizi bu gündəliyə uyğun qururuq”. (APA)

Post navigation

Previous: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Next: Prezident İlham Əliyevin Şuşa Media Forumunda ÇIXIŞI – TAM MƏTN /VİDEO

Oxşar xəbərlər

ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
mehriban aliyeva
  • Siyasət

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib

User 29 Oktyabr 2026 - 09:31

xƏBƏR

kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq iqtisadi və daşınmaz...
Read more about İpoteka Fondunda ekspertlərlə görüş keçirilib
Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı paşinyan
  • Dünya

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı

User 29 Oktyabr 2026 - 14:13
“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi cesaret
  • QHT

“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi

User 29 Oktyabr 2026 - 14:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.