Bu ilin I rübündə “Azərbaycan Dəmir Yolları” QSC 1 082 min sərnişin daşıyıb.
“Report” quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,6% çoxdur.
Son 1 ildə şəhərətrafı dəmir yolları ilə daşınan sərnişinlərin sayı 85,1% artaraq 849 min nəfər, beynəlxalq dəmir yolları ilə daşınan sərnişinlərin sayı 16,7% azalaraq 29 min nəfər, daxili dəmir yolu ilə daşınan sərnişinlərin sayı isə 9,9% azalaraq 203 min nəfər təşkil edib.