Azərbaycan daha 3 erməni hərbçisinin cəsədini Ermənistana verib

19 Noyabr 2021 - 18:39
Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə Azərbaycanla sərhəddəki qarşıdurmada həlak olmuş 3 erməni əsgərinin cəsədini Ermənistana qaytarıb. 
Azpost.info bildirir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Cəsədlər Zəngəzurdakı İşxanasar kəndi ərazisində qarşı tərəfə verilib.
Meyitlər İrəvana aparılıb.