Azərbaycan-İran sərhədi çəpərlənir –DSX

Azərbaycanın İranla sərhədləri boyunca zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması işləri davam etdirilir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin noyabrın 19-da yaydığı məlumatda deyilir.

Məlumata görə, noyabrda Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan – İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 25 hektar ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib, nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləş­dirilib.

Göstərilən istiqamətdə dövlət sərhədi boyunca 1230 metr məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanıb, 1300 metr məsafədə işlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan daha 3 erməni hərbçisinin cəsədini Ermənistana verib

Sonrakı məqalə

Bayden prezident səlahiyyətlərini Kamala Harrisə verəcək