Azərbaycan döyüş təyyarələri Türkiyədə keçiriləcək təlimlərə yola düşüb

01 Sentyabr 2021 - 16:56

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.