Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu ən aşağı nöqtədədir

User 28 Dekabr 2023 - 17:14 (Last updated: 21 May 2025 - 20:15)
ceyhun xin

Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu və vəziyyəti ən aşağı nöqtədədir. Bu faktdır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Bunun səbəbkarı Azərbaycan deyil. Azərbaycan Fransaya qarşı hər hansısa addımlar atmaq niyyətində olmayıb”, – nazir deyib.

Nazir deyib ki, Fransa hər zaman ermənipərəst olub.

“Buna baxmayaraq, Azərbaycanın razılığı ilə Fransa Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olub. Bu illər ərzində Fransa özünün ermənipərəst mövqeyini məharətlə gizlədə bilib. Bu, 2020-ci ilə qədər oldu. Azərbaycanın 44 günlük müharibədəki Zəfərindən sonra artıq Fransa bu mövqeyi gizlədə bilməyib, daha da irəli gedərək anti-Azərbaycan mövqeyini nümayiş etdirib. Bundan sonra münasibətlərə ilk zərbələr dəyməyə başladı”, – nazir deyib.

Ceyhun Bayramov bildirib ki, Fransa Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətinə yenidən və ciddi şəkildə baxarsa, onda gələcək üçün hər hansısa bir rəylər vermək mümkündür.

“Bir çox hallarda Azərbaycana qarşı təşəbbüslərin müəllifi artıq Ermənistan deyil, Fransanın özüdür. Hansı ki Azərbaycana qarşı Fransa tərəfindən Təhlükəsizlik Şurasında saysız-hesabsız təşəbbüslər irəli sürülüb”, – nazir vurğulayıb.

Post navigation

Previous: Ceyhun Bayramov İrandakı səfirliyin bərpası üçün şərtləri açıqlayıb
Next: “Arzuolunmaz şəxs” elan edilən fransalı diplomatlarla bağlı Azərbaycan dövlət orqanlarında ciddi faktlar var

Oxşar xəbərlər

ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09

xƏBƏR

ayda yaşayiş
  • Maraqlı

2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq?

User 30 Oktyabr 2026 - 13:23
Təsəvvür edin: təqvim 2035-ci ili göstərir. Yer kürəsindən yüz minlərlə kilometr uzaqda – Ayın səthində insanlar yaşayır....
Read more about 2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq?
“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib salyan mekteb
  • Kriminal

Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib

User 30 Oktyabr 2026 - 12:54
ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu uno
  • Maraqlı

ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu

User 30 Oktyabr 2026 - 12:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.