Azərbaycan hərbçiləri Qafan yolunda gömrük postu qoyublar.
Azpost.info bildirir ki, bu barədə Zəngəzur vilayətinin Çakaten kəndinin icra nümayəndəsi Ara Aratunyan “Qrapark” qəzetinə bildirib. Onun sözlərinə görə, azərbaycanlılar Qafana gedən yeganə yol üzərində vaqon quraşdırıblar.
Nerkin -Xand kəndinin icra nümayəndəsi Xaçatur Baqdasaryan azərbaycanlı hərbçilərin Qafan yolunda olduğunu təsdiq edib. O “Sputnik Armenia”ya bildirib ki, azərbaycanlılar Çakaten kəndinin 3 km-də gün ərzində intensiv iş aparıblar.
Baqdasaryanın sözlərinə görə, azərbaycanlılar çox guman ki, gömrük postu qururlar.
Onun sözlərinə görə, yol bağlansa onun həmkəndliləri vilayət üzrə hərəkətdə çətinliyə düşəcəklər. Onlar Mehridən keçib getməli olacaqlar. Bu isə yolun 100 km uzanması deməkdir. Alternativ yol isə hava şəraitinə görə əlverişsizdir.