Azərbaycan hərbçisi Zəngilanda minaya düşüb

Bu gün saat 15:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Nəzərxanlı Elgün Elxan oğlu Zəngilan rayonu ərazisində xidmət apardığı sərhəd döyüş məntəqəsinə hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra hərbi qulluqçu helikopterlə Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala təxliyə edilib, həkimlərin tam nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İşsizlər, ev ustaları XİN-in yüz minlik tenderlərində necə qalib olub? –

Sonrakı məqalə

Ermənistanın keçmiş müdafiə naziri Tonoyan həbs olunub