“Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır” –

RƏSMİ
31 Oktyabr 2020 - 11:57

“Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır”.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib: “Bir daha bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir”.