Azərbaycan Ordusunun zabiti təlim zamanı həlak olub

09 Avqust 2021 - 13:56

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib. Hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, hadisənin səbəbləri araşdırılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.