Azərbaycan Prezidenti Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarının tikintisi ilə tanış olub

09 Oktyabr 2021 - 16:40

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər zamanı Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun tikintisi ilə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısı Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işlərinə də baxıb.